YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu gün Türkiyə güclü iqtisadiyyata, demokratik prinsiplərə əsaslanan siyasi sistemə malik müasir ölkə kimi regionda və dünyada böyük nüfuz qazanmışdır. Biz Türkiyənin beynəlxalq aləmdə bütün uğurlarına sevinirik.

Azərbaycan ilə Türkiyəni dərin tarixi, milli köklərdən bəhrələnən möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz müttəfiqliyimizi və birliyimizi bariz şəkildə ifadə edir.

Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı maraq və mənafelərimizi üstün tutan ardıcıl mövqeyimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm.”

 

DİGƏR Xəbərlər Arxiv