YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “Termal Şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna qoşulur

Azərbaycan Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna qoşulur.

Mədəniyyət və Turizm nazirliyindən Trend-ə daxil olan məlumata görə, oktyabrın 19-u və 20-də Avropanın Tarixi Termal Şəhərlər Assosiasiyası tərəfindən keçirilmiş seminara Türkiyənin Bursa şəhəri ev sahibliyi edib.

Birliyə 13 ölkə, 36 şəhər daxildir və iclas hər il bir üzv ölkədə keçirilir. 19 oktyabr tarixində öz işinə başlayan iclasda Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu, Bursa Valisi Münir Karaloğlu, Avropa Tarixi Termal Şəhərlər Birliyinin Prezidenti Guiseppa Bellandi, Bursa şəhər Bələdiyyə sədri Recep Altepe və turizm sahəsinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Təbliğat sektorunun aparıcı məsləhətçisi Günel Aslanova Azərbaycan Termal Şəhərlər layihəsinin təqdimatını keçirib.

Qeyd edək ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihə həyata keçirilir. İclas zamanı layihənin Birliyə qoşulması istiqamətində danışıqlar aparılmış və Bursa Valisinin köməkçisi Ahmet Hikmet Şahin Azərbaycanın da üzv olaraq qoşulması üçün bütün imkanların mövcudluğu barədə məlumat verib.

O qeyd edib ki, yaxın günlərdə ölkəmizin layihəyə qoşulacağına ümidvardır.

Xatırladaq ki, Azərbaycanda “Termal şəhər” layihəsinə baxış keçirmək üçün Assosiasiyanın eksperti Mişel Tomas Pinet və Bursa Valisinin köməkçisi Ahmet Hikmet Şahindən ibarət nümayəndə heyəti 22-29 iyul 2015-ci il tarixində ölkəmizdə səfərdə olublar.

Səfər çərçivəsində ekspertlər Masallı, Qəbələ və Siyəzən rayonlarının termal suları və turizm infrastrukturuna baxış keçirmişlər. Eyni zamanda xarici qonaqlar Bakı və Abşeron yarımadasının tarix və mədəniyyət abidələri, turizm nümayişi obyektləri ilə tanış olublar.