YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qadınlar Şurasının təşəbbüsü ilə Gəncədə “Seçkilərdə qadın namizədlərə dəstək” mövsusunda tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşəbbüsü, YAP Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə 1 noyabr Milli Məclisə seçkilərlə bağlı təbliğat-təşviqat çərçivəsində “Seçkilərdə qadın namizədlərə dəstək” mövsusunda tədbir keçirilib. Tədbirdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva, Qərb regionu üzrə namizədliyi irəli sürülmüş qadınlar, fəal qadınlar,  ziyalılar və gənclər iştrak ediblər.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva V çağırış Milli Məclisə seçkilərlə bağlı  irəli sürülən namizədlər arasında əvvəlki seçkilərlə müqayisədə qadınların daha çox olduğunu qeyd edərək, söylədi ki, 2010-cı ildə keçirilən parlament seçkilərində qadın namizədlərin sayı 19 nəfər idisə, bu gün həmin rəqəm 24 nəfərdir. Say fərqi o qədər böyük görünməsə də, Azərbaycan parlamentində qadınların sayı digər ölkələrdən fərqli olaraq çoxluq təşkil edir. Bu, müsbət haldır və sevindiricidir. Çünki qadınlarımızın XXI əsrdə inkişafına, onların ağıllı mövqeyinə, işlədikləri sahələrdə səmərəli xidmətlərinə, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olduqlarına inanırıq. Ümumiyyətlə, qadın həm də anadır, tərbiyəçidir və cəmiyyətdə fəal mövqe sahibidir. Çünki o, övladlarının xoşbəxtliyi, səadəti uğrunda fəaliyyət göstərir, gəncliyin hərtərəfli inkişafına istiqamət verir, cəmiyyətin yüksəlişi naminə addımlar atır. Ona görə də, qadınların seçkilərdə bu sayda təmsilçiliyi və ümumiyyətlə fəal iştirakı bizi ürəkdən sevindirir.

YAP Qadınlar Şurasının sədri, Partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva Gəncənin fəal qadınlarını Yeni Azərbaycan Partiyasına , partiya tərəfindən namizədliyi irəli sürülən qadınlara səs verməyə çağırdı.

O, gəncəlilərin ulu öndər Heydər Əliyev siyasi kursuna daim sədaqət nümayiş etdirdiklərini, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğuladı.

Qadın namizədlər öz çıxışlarında ölkəmizin inkişafına öz töhfələrini verəcəklərini, seçicilərin arzu və istəklərini yerinə yetirəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv