YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunda pensiya təminatı sisteminin maliyyə dayanıqlığının qiymətləndirilməsinə dair təqdimat-seminar keçirilib

Dövlət Sosial Müdafiə Fondunda TAİEX proqramı çərçivəsində “Pensiya Təminatı Sisteminin Maliyyə Dayanıqlığının Qiymətləndirilməsi” mövzusunda Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) ekspertlərinin iştirakı ilə təqdimat-seminar keçirilib.

Tədbir iştirakçılarını salamlayan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev    bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb və Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb.

Zakir Babayev vurğulayıb ki, bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.

Tədbirdə çıxış edən Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq    Agentliyinin (AFETI) nümayəndəsi Andrey Tretyak hazırda qlobal miqyasda pensiya sistemlərinin fəaliyyətində meydana çıxan ciddi çətinliklərdən bəhs edərək bu sahədə mövcud problemlərin həllinə yönələn islahatların beynəlxalq inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.

Daha sonra agentliyin digər nümayəndəsi, beynəlxalq ekspert, Fransa Əmanət Pensiya Fondunun sabiq rəhbəri François Durin qlobal iqtisadi proseslər fonunda sığorta-pensiya sistemlərində maliyyə dayanıqlığı    mövzusunda təqdimatla çıxış edib.

 

DİGƏR Xəbərlər Arxiv