YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə kömək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəflərə kömək məsələsi Rusiyanın xarici siyasət prioritetləri sırasına aiddir və bu məsələ daim Rusiya XİN-in diqqət mərkəzindədir. RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu sözləri Moskvada keçirilən brifinqdə söyləyib.

Onun sözlərinə görə, bu mövzu cari ilin aprel-may aylarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya rəsmi səfərləri zamanı ətraflı nəzərdən keçirilib və Rusiyanın xarici işlər naziri S.Lavrovun əcnəbi həmkarları ilə cari əlaqələrinin mövzusudur.

M.Zaxarova deyib: “Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı əlaqə saxlayırıq. Rusiyanın xarici işlər naziri S.Lavrov bu yaxınlarda BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Həmin görüşdə həmsədrlərin regiona bu ay nəzərdə tutulan səfəri ərəfəsində münaqişənin tənzimlənməsinin mahiyyəti ilə bağlı praktiki məsələlər nəzərdən keçirilib, “üçlüyün” fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib”.

M.Zaxarova təəssüflə qeyd edib ki, münaqişə zonasında vəziyyətin kəskinləşməsi, qurbanların sayının artması siyasi dialoqun bərpasını çətinləşdirir.

RF XİN-in rəsmi nümayəndəsi sonda deyib: “Biz bunu əsas götürürük ki, münaqişənin daha da genişlənməsi yolverilməzdir. Biz tərəfləri güc tətbiqindən imtina etməyə, kompromisə nail olmaq üçün zəruri siyasi əzmkarlıq göstərməyə çağırırıq”.