YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Ermənilərin torpaqlarımıza köçürülməsi ilə Qafqaz müharibə ocağına çevrildi

Bu gün dünyada baş verən ədalətsizliklər, hüququn tapdalanması XIX əsrin əvvəllərindən başlayır. Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan iki yerə bölündü, Ədirnə müqaviləsi ilə ermənilər bizim torpaqlara köçürüldü, qədim Azərbaycanın yurd yeri olan İrəvanda isə 1918-ci il may ayından erməni dövləti yaradıldı. Şərqi Anadoluda soyqırımı, Osmanlı imperiyasının çökdürülməsi, Qafqazın qanlı tarixi, eləcə də ermənilərin torpaqlarımıza köçürülməsi ilə Qafqaz müharibə ocağına çevrildi.

Bu sözləri Gəncədə keçirilən dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransının iştirakçısı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyev həmişə XIX-XX əsrlər tarixinin yenidən öyrənilməli olduğunu deyirdi. Tarixçilərimiz Prezident İlham Əliyevə minnətdardırlar ki, o, bu dövrün tarixinin öyrənilməsinə xüsusi diqqət göstərir. Məhz dövlətimizin başçısının tapşırığı ilə İrəvan xanlığının, Qarabağın, Naxçıvanın tarixi yazıldı, xəritələr bərpa edildi və dünyaya sübut etdik ki, ermənilər Qafqaza gəlmədirlər.

 

DİGƏR Xəbərlər Arxiv