YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Kulinariya Günü Bakıda doqquzuncu dəfə qeyd olunacaq

Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçiliği ilə Beynəlxalq Kulinariya Günü ilə əlaqədar tədbir keçiriləcək. Bu gün dünyada 12-ci, Azərbaycanda isə 9-cu dəfədir ki, qeyd edilir.

Assosiasiyadan bildirilib ki, tədbir çərçivəsində ilk dəfə Beynəlxalq Çay Festivalı da keçiriləcək. Festivalda Yaponiya, Koreya Respublikası, Çin, İran, Hindistan, Türkiyə və digər ölkələrin çay süfrələri nümayiş olunacaq. Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən təşkil ediləcək.