YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bəxtiyar Sadıqovun seçicilərlə görüşü olub

Noyabrın 1-də ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviğat kampaniyasına start verilib. Eyni zamanda Yeni Azərbaycan Partiyası tərəfindən 119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadıqov Bəxtiyar Yusif oğlunun rayonun Xındırıstan kəndində və Bənövşələr qəsəbəsində seçicilərlə görüşü olub.

Görüşləri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının Seçki Qərərgahının sədri İsgəndər Quliyev öncə parlament seçkiləri ərəfəsində görülən işlərdən danışıb. Daha sonra Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sadıqov Bəxtiyar Yusif oğlu haqında seçicilər geniş məlumat verən natiq «Əminəm ki, ağdamlı seçicilər yenə də partiymızın namizədlərinə səs verəcəklər» deyib .

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Bəxtiyar Sadıqov ölkəmizdə demokratik seçki mühitinin olduğunu deyib.

Bəxtiyar Sadıqov həmçinin, “Əsl siyasət konkret real iş görməkdən ibarətdir”. YAP-ın deputatlığa namizədləri də növbəti seçkilərə məhz konkret, real iş görmək, insanların etimadını doğrultmaq, problemlərinin həllinə daim həssaslıqla, diqqətlə yanaşmaq istəyi ilə gedir. Şübhə etmirəm ki, Azərbaycanın hazırkı uğurlarını gündəlik həyatında qabarıq hiss edən ölkə vətəndaşları noyabrın 1-də məhz YAP-ın namizədlərinə səs verəcəklər» sözlərini də əlavə edib.

Öz növbəsində görüşlərdə çıxış edən Xındırıstan kənd sakinləri Yeni Azərbaycan Partiyasının namizədi Sadıqov Bəxtiyar Yusif oğluna səs verəcəklərini bildiriblər.