YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

82 saylı Ağcabədi Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Tahir Rzayevin seçicilərlə görüşləri keçirilib

Ağcabədi rayonun Muğanlı və Şahsevən Təzəkənd kəndlərində 82 saylı Ağcabədi seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Tahir Musa oğlu Rzayevlə seçicilərin görüşü keçirilib.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov ölkədə baş verən  müsbət dəyişikliklərdən, sürətli sosial-iqtisadi inkişafdan  söz açaraq bu sahədə YAP-ın üzvü olan deputatların, o cümlədən Tahir Rzayevin də əməyinin olduğunu qeyd edib. Eyni zamanda, «ağcabədililərin seçimi bəllidir» deyən natiq əmin olduğunu bildirib ki, T.Rzayev bundan sonra da ona göstərilən etimadı doğruldacaq.

Sonra çıxış edən deputatlığa namizəd Tahir Rzayev ona göstərilən etimada görə YAP-ın rəhbərliyinə öz minnətdarlığını bildirib. Natiq qeyd edib ki, təmsil olunduğu partiyanın Sədri,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilatçılığı, böyük səyləri nəticəsində çiçəklənən, günü-gündən inkişaf edən bir ölkənin vətəndaşı olaraq xalqa, vətənə xidmət etmək  hər bir ləyaqətli azərbaycanlı kimi onun da istəyi, amalı, borcudur. Çıxışında həmçinin, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin müsbət bəhrələr verdiyini, dövlət başçısının diqqət və qayğısı sayəsində təmsil olunduğu rayonun da tanınmaz dərəcədə inkişaf etdiyini diqqətə çatdıran deputatlığa namizəd bu nailiyyətləri daha da artırmaq üçün ölkə rəhbəri  ətrafında daha da sıx birləşməyin, daxili və xarici  düşmənlərimizə, dövlətimizi istəməyən,  gözdən salmağa cəhd edən qüvvələrə qarşı birgə mübarizə aparmağın  zəruriliyini vurğulayıb. Natiq ona etimat göstəriləcəyi təqdirdə seçicilərin etimadını doğruldacağına söz verib.

DİGƏR Xəbərlər Arxiv