YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim dövlətin diqqət mərkəzindədir

«Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim dövlətin diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyev sosialyönümlü dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirir. Onun sözlərinə görə, aztəminatlı ailələrə dövlət qayğısı daha da artırılıb.

«Eyni zamanda, insanların sağlamlığının qorunması istiqamətində də vacib addımlar atılır. Bu yöndə səhiyyə sahəsində aparılan islahatlar təqdirəlayqdir. Xüsusilə, sağlam nəslin yetişdirilməsi baxımından uşaqlara göstərilən dövlət qayğısı çox mühümdür»- deyə, komitə sədrinin müavini vurğulayıb.