YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti  xanım Mari-Luiz Koleyro Prekaya Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi yolunda atdığımız addımlar xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq arzulayıram.”