YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək

Oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək.

Tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub.

Azərbaycanla Rusiya arasında mədəniyyət və kinematoqrafiya sahəsində əlaqələrin möhkəmləndirilməsinə yönələn film həftəsinin təntənəli açılış mərasimi Nizami Kino Mərkəzində keçiriləcək.

Mərasimdə Rusiya kinematoqrafçılarının nümayəndə heyəti iştirak edəcək. Həftə ərzində müxtəlif janrda olan müasir rus kinofilmləri nümayiş etdiriləcək.