YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələr gələcəkdə də uğurla davam etdiriləcək

Sentyabrın 9-da Azərbaycan Respublikasının maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Samir Şərifov AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Norojono ilə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Son illərdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan S.Şərifov bunun bariz nümunəsi kimi AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının bu ilin may ayında Bakı şəhərində keçirildiyini xatırladıb. Nazir O.Norojononun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizlə AİB arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı xidmətlərini qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizin davamlı iqtisadi inkişafından danışan O.Norojono etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, bu il Azərbaycanın AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq bu toplantının hələ uzun illər xatırlanacağını söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv