YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TurAz Qartalı - 2015” təlimlərinə döyüş helikopterləri də qoşulub

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri sentyabrın 1-də də davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus “Mi-35” döyüş, “Mi-17” və “Sikorski UH-60” döyüş-nəqliyyat, eləcə də “Cougar AS532” axtarış-xilasetmə helikopterləri cəlb olunub.

Təlimlərin ssenarisinə əsasən, helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları yerinə yetirib.