YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib.

www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.

“Xəbərlər”, “Bioqrafiya”, “Fəaliyyət”, “Səfərlər”, “Görüşlər”, “Müsahibələr”, “Çıxışlar” və digər bölmələrdən ibarət olan saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar, foto və videolar izləyicilərə təqdim olunur.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr yerləşdirilib.

İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda, ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.

Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə məlumat verilir, həmçinin onlar üçün “Azərbaycanım”, “Oyunlar”, “Bu maraqlıdır” kimi bölmələrdə maarifləndirici oyun və məlumatlar təqdim olunur. “Azərbaycanım” bölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz, əlamətdar günlərimiz barədə informasiyalar çatdırılır. Saytın uşaqlar üçün səhifəsində, eyni zamanda, müxtəlif cizgi filmlərini də izləmək mümkün olacaq.

Saytın mobil telefon və planşetlər üçün versiyası da istifadəyə verilib.