YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İƏT-in üzvü kimi fəal rolu yüksək qiymətləndirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, baş katib İyad bin Amin Mədəni birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirən baş katib ölkəmizin təşkilatın qarşısında duran iqtisadi, siyasi və humanitar hədəflərin həyata keçirilməsinə verdiyi töhfələrinin təqdirəlayiq olduğunu qeyd edib.

İƏT ilə əlaqələrə Azərbaycanın xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov təşkilatın üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını diqqətə çatdırıb. İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən Elmar Məmmədyarov İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib qurum olduğunu bildirib.

Elmar Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir, xüsusilə Avropada olmaqla, İslamafobiya meyillərinin artmasına münasibətdə narahatlığı ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə həmin məsələni qaldırdığını qeyd edib.

Görüşdə, həmçinin İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

DİGƏR Xəbərlər Arxiv