YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Mehriban xanım Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir

«Azərbaycan qadını bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişdir. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan, müasir dövrdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili  Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan  qadın hərəkatının lideri kimi dövlətimizin  tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir  məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Mehriban xanım Əliyevanın  həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli- mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Onun sözlərinə görə, bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli  və xeyirxah missiyanı layiqincə yerinə yetirir.

«Mehriban xanımın Azərbaycanın şifahi xalq ədəbiyyatının,  milli - mədəni və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliği, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərin,  yorulmadan, ancaq davamlı aparılan səylərin bu biz müsbət nəticələrini görürük. O, İSESCO və UNESCO-nun xoşməramlı səfiri kim, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və  sivilizasiyalararası dialoqun bəraqərar olması üçün bütün səylərini göstərir.

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında  Mehriban xanım Əliyevanın rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır.

Bir sözlə desək, Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa,  nəcibliyə, xeyirxahlığa səsləyir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv