YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanın bir qarış torpağı da düşmən tapdağı altında qala bilməz

«Çox təəssüf ki, dünya ictimaiyyəti ATƏT-in Minsk Qrupu başda olmaqla Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş  ərazilərinin işğaldan azad olunması məsələsində ciddi mövqe göstərmir. Və digər ölkələrdəki bənzər hadisələrdə tutduğu mövqedən fərqli bir dözümlülük nümayiş etdirir. Əlbəttə ki, bunlar bizi çox narahat edir». Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan dövlətinin rəsmi siyasəti ondan ibarətdir ki, Azərbaycanın bir qarış torpağı da düşmən tapdağı altında qala bilməz. Onun sözlərinə görə, öz gücümüzü, iqtisadi-siyasi, hərbi qüdrətimizi artırmaqla düşməni bizimlə hesablaşmağa və torpaqlarımızı işğaldan azad etməyə vadar etməliyik.

 «Əlbəttə ki, ordunun gücünün artırılması, döyüş ruhunun, döyüş qabiliyyətinin yüksəldilməsi başlıca amildir. Ermənistanın bu gün dünya ictimaiyyətini saya saymaması, beynəlxalq təşkilatların bu problemin həlli ilə bağlı qəbul etdiyi qərara etinasız münasibəti və bu gün də dünyaya meydan oxuması məhz belə bir cəzasızlıq mühitinin mövcudluğundan irəli gəlir. Ona görə də, biz bir dövlət olaraq həmin məsələlərə etirazımızı bildirir, müxtəlif beynəlxalq təşkilatların  müstəvisində bu məsələnin həlli ilə bağlı sənədlərin, qərarların, qətnamələrin qəbuluna çalışır, eləcə də düşməni təcavüzkar siyasətindən əl çəkməyə vadar edən digər təsirli tədbirlər görməkdə davam edirik. Ölkə Prezidentinin söylədiyi kimi,  bizim səbrimiz hüdudsuz deyil, bütün bunlar səmərə verməyəcəyi təqdirdə Azərbaycan öz gücü hesabına Ermənistanın təcavüzünə son qoyacaq»- deyə, vitse-spiker vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv