YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TurAz Qartalı-2015” təlimlərində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin mühəndis-texniki heyəti Azərbaycandadır

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “TurAz Qartalı-2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyət həyata keçirilir.

Birgə təlimlərə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum, “F-4E” bombardmançı, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-35” döyüş, “Mi-17” və “Sikorski UH-60” döyüş-nəqliyyat, “Cougar AS532” axtarış-xilasetmə helikopterləri cəlb olunacaq.

Təlimlər sentyabrın 18-dək davam edəcək.