YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı aztəminatlı ailələrlə görüş keçirib

YAP Nəsimi rayon təşkilatı Ramazan ayı çərçivəsində Nəsimi rayonundan olan Birinci Qarabağ Müharibəsi Şəhidi ailələri, aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə görüş keçirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək, Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Vurğulayıb ki, Azərbaycanda cəmiyyətin həssas təbəqəsi daim diqqətdə saxlanılır.

“Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib.

Daha sonra bayram münasibəti ilə 100-dən çox aztəminatlı ailəyə ərzaq bağlamaları verilib.