YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirmək təşəbbüsü...

Türkiyə XİN: Üçüncü tərəflərin, xüsusən də regiondan kənar aktorların sülh prosesinə zərər vurmaq cəhdindən imtina etməsi vacibdir

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünü pisləyib və bunun Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi cəhdlərinə zərər verəcəyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi nəticəsində regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün tarixi şansın yarandığı vurğulanır.

“İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad edilib və 2023-cü il sentyabrın 19-20-də aparılan antiterror tədbirləri bütün respublikada suverenliyin bərpasına imkan verib. Bu, regionda uzunmüddətli sülh və sabitlik üçün tarixi fürsət yaratdı. Bu məqsədə nail olmağın çox yaxın olduğu bir vaxtda qərəzsizlik, eləcə də üçüncü tərəflərin, xüsusən də regiondan kənar aktorların sülh prosesinə zərər vurmaq cəhdindən imtina etməsi xüsusilə vacibdir”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Ankara qarşıdan gələn ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünü regiondakı problemlərin həllinə qərəzsiz yanaşmaya xələl gətirmək cəhdi adlandırıb.

“Bu təşəbbüs Azərbaycanın mövqeyinə məhəl qoymur və sülh prosesinə deyil, Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirməyi planlaşdırır”, - deyə bəyanatda vurğulanır.

Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi bir daha üçüncü ölkələri regiondakı vəziyyəti nəzərə almağa və bütün tərəflərə bərabər yanaşmaya riayət etməyə çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi bildirib: “Türkiyə regionda uzunmüddətli sülh və sabitliyə əsaslanan Cənubi Qafqazın inkişaf perspektivlərinə inanır. Ankara bu istiqamətdə bütün mümkün addımları atmağa davam edəcək. Türkiyə Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün təmin edilməsinə töhfə verməyə davam etməkdə qərarlıdır”.