YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev-Unudulmaz Lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev-Unudulmaz Lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçirilib. 

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov, RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək sərginin təşkilini yüksək qiymətləndirib, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıblar.