YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın diqqət mərkəzində

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Martın 14-də paytaxtdakı “Gülüstan” Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib.

Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin müzakirəsi, həlli yollarının tapılmasında önəmli bir platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki nitqində bu məqama toxunaraq deyib ki, Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib: “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”.

Bu səbəbdəndir ki, Foruma maraq, iştirakçılıq səviyyəsi ildən-ilə yüksəlir. Martın 16-dək davam edəcək Forumda 70-dən artıq ölkədən 400-ə yaxın qonaq iştirak edir. Forumun əsas məqsədi “Parçalanmış dünyanın bərpası” naminə kollektiv səyə töhfə verməkdir. “Parçalanmış dünya” bu gün qlobal narahatlıq yaradır. Bundan başqa, Bakıda keçirilən qlobal forum özünü yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə əlverişli və mötəbər platforma kimi təsdiqləyib.

Qlobal Bakı Forumu bu gün dünyada böyük maraq kəsb edir, əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münxen Təhlikəsizlik Konfransı kimi beynəlxalq aləmdə nüfuzlu tədbirdir. Eyni zamanda, həmin forumlardan həm miqyasına, həm də məzmununa görə ciddi şəkildə fərqlənir. Belə ki, Davos Forumu yalnız iqtisadi, Münxen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edirsə, Bakı Qlobal Forumu universal xarakter daşıyır. Beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, ətraf mühüt, sosial, humanitar və digər məsələlərin müzakirəsinə açıq bir platformadır. Beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Bakı Qlobal Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.

Prezident İlham Əliyev eyni zamanda  Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.

Bütün dünyanın diqqətinin yönəldiyi XI Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində tutduğu yeri və rolunu təcəssüm etdirir. Azərbaycan Respublikası bu gün sözügedən istiqamətlərdə sadəcə müşahidəçi kimi çıxış etmir, irəli sürülən təşəbbüslər və müzakirə edilən problemlərin həllinin birbaşa iştirakçısı və öncüllərindən birinə çevrilmişdir. 2013-cü ildən bu yana Azərbaycan sözügedən Forumlar vasitəsilə qlobal miqyasda diqqət tələb edən məsələləri müzakirə obyektinə çevirir və həll yollarına da dialoq, birlik kontekstində nəzər yetirir. Dünya dövlətləri isə bu Forumlara yüksək diqqət ayırmaqla, həm də Bakının Cənubi Qafqazda liderlik keyfiyyətlərini qəbul etdiyini göstərir.