YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin yaratdığı reallıq

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Martın 14-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu hazırki dövrdə qlobal və regional səviyyədə geopolitik mühitin inkişaf trayektoriyasının təsvir edilməsi baxımından xüsusilə yadda qaldı. Hər il ölkəmizdə keçirilən Bakı Qlobal Forumu digər beynəlxalq aparıcı forumlarla - Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı ilə eyni cərgədədir. Burada aparılan müzakirələr beynəlxalq məsələləri daha yaxşı şəkildə anlamağa imkan verir.

Həll olunmayan münaqişələrin həlli üçün Azərbaycan modelini konseptuallaşdıran Prezident İlham Əliyev ölkəmizin təkbaşına ərazi bütövlüyünü bərpa etdiyini bildirərək bunun amillər vəhdətində mümkün olduğunu diqqətə çatdırdı. Azərbaycanın Qələbə formulunun əsas cəhətlərini iqtisadi inkişafımız, maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınılması təşkil edir. Qarabağ münaqişəsinin həllinin dırnaqarası mümkünsüzləşdirildiyi dövrdə Azərbaycan məhz yuxarıda qeyd olunan addımları ataraq işğal və separatçılıq səhifəsinə əbədi nöqtə qoymuş oldu.

Nizamsız geopolitik mühitdə qeyri-obyektiv və qərəzli münasibətə məruz qalan Azərbaycan ərazisinin işğal olunması azmış kimi hətta “işğalçı” kimi qələmə verilməyə çalışıldı. Xüsusilə Fransa Ermənistanı açıq şəkildə dəstəkləyərək həm BMT, həm də Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə çalışdı. Müstəmləkəçi təfəkkürdən çıxa bilməyən Fransanın bütün cəhdləri iflasa uğradı. Çünki dünya artıq əvvəlki dünya deyil. Xarici qüvvələrin dəstəyi ilə başqa ölkənin ərazisini işğalda saxlmaq mümkün deyil. Bu Azərbaycan yaratdığı reallıqdır. Reallığın diqtəsi isə regionda dayanıqlı sülhün bərqərar olmasıdır. Azərbaycanla Ermənistan arasında son önəmli mərhələ sülh razılaşmasının əldə olunmasıdır. Ermənistanın burada sərgiləyəcəyi mövqe Azərbaycanın regionla bağlı hədəflərinə heç bir təsir göstərə bilər hər bir halda qazanan yenə Azərbaycan olacaq.

Forumda Prezident İlham Əliyevin çıxışında digər önəmli məqam ölkəmizin ev sahibliyi edəcəyi COP29-la bağlı oldu. Azərbaycan zəngin neft və qaz resusrlarına malik olmağına baxmayaraq zamanında bərpaolunan enerji iştiqamətində önəmli addımlar atmış ölkədir. COP29 -un ölkəmizdə keçirilməsi bunun real göstəricisidir. Müstəqil və heç kəsdən asılı olmayan bir ölkə uğurlu şəkildə inkişaf edə bilər. Azərbaycanın da gündəliyində yaşıl dünyaya inteqrasiyanın mövcudluğu, o cümlədən 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırılması və Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ölkəmizin gələcək inkişafında parlaq mərhələnin olmasından xəbər verir.