YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallaşdırdığımız iri layihələr…

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Cənubi Qafqazın lokomotiv dövləti olan ölkəmiz regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirak edir. Son 20 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmişdir. Avropanın, o cümlədən dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın reallaşdırdığı iri layihələr ölkəmiz tərəfindən müəyyənləşdirilmiş enerji siyasətinin effektli nəticəsini bir daha təsdiqləyir. Bu istiqamətdə görülən işələr artıq ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunu artırmaqdadır. Cənub Qaz Dəhlizi layihəsi də bu qəbildəndir. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bir çox dövlətlərlə fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu haqda da danışıb. Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”. Gələcək planlardan söz açan Prezident İlham Əliyev vurğuladı ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.

Azərbaycanın bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Bu potensialdan irəli gələrək hazırda ölkəmizdə "yaşıl enerji"yə keçid də sürətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Azərbaycan bərpaolunan enerji sahəsində də aparıcı dövlətlərdən biri olacaq. Azərbaycanın enerji infrastrukturu inkişaf edir, neft-qaz resurslarının hasilatı daimi xarakter daşıyır, bununla belə, ölkə “yaşıl enerji”yə keçid üzrə böyük layihələr həyata keçirir. Ölkəmizdə ekoloji mühitin qorunması və ətraf mühitə dəyən zərərlərin azaldılması, ekoloji layihələrin icrası istiqamətində ardıcıl işlər görülməkdədir. Azərbaycan qlobal iqlim dəyişmələrinin aradan qaldırılması istiqamətində də mühüm işlər görür. Yaşıl enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə və elektrik enerjisi ixracına mühüm töhfə verəcək. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Prezident işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir.

Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir. Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Belə ki, ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Qonşu ölkələrdə, ümumilikdə Avropa qitəsində isə elektrik enerjisinə böyük ehtiyac vardır. Məhz buna görədir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Heç şübhəsiz ki, ölkəmiz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcək.