YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Ümumiyyətlə bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaşdır.

Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir.

1 mart 2024-cü il tarixdə Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi. Ölkə Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan və Albaniya iki dost ölkədir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının işğalı dövründə və Vətən müharibəsi zamanı ölkəmizin apardığı haqq savaşında Albaniya hər zaman ərazi bütövlüyümüzü dəstəkləyib.

Keçirilən görüşlər, aparılan müzakirələr iki ölkə arasında əlaqələrin inkişafından xəbər verir. Eyni zamanda Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. 

Tədbirdə  çıxış edən Prezident İlham Əliyev bildirdi ki “Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Bizim olduqca fəal siyasi dialoqumuz var. Bizim cənab Baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var. Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab Baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik. Bildiyiniz kimi, Azərbaycan Respublikasının energetika naziri və xanım Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir. Onlar genişlənməkdə olan böyük heyətin bir araya gətirilməsi və əlbəttə, Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması baxımından vacib rol oynayırlar. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.”

Azərbaycanın enerji strategiyasının önəmli mərhələsinin nəhəng qaz yataqlarının istismarı ilə bağlı olduğunu xüsusi olaraq qeyd etmək lazımdır. Bu gün ölkəmizin Beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi liderlik bacarıqlarının məntiqi nəticəsidir və ölkəmiz həm diplomatik, həm iqtisadi sahələrədə yeni yeni uğurlara imza atmaqdadır.