YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd olunub

Fevralın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, rayon təşkilatının 31 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Beyləqan rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.

Partiya veteranı Fədayət Rüstəmov, ərazi partiya təşkilat sədrləri Tahir Abdullayev və Elbrus Rəsulov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə etdiyini deyiblər. Qeyd olunub ki, bu gün sıralarında 700 mindən çox insanı özündə birləşdirən partiya gücünü xalqdan alır.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün rayon Şəhidlər xiyabanı da ziyarət olunub, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsi anılıb.