YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrə qalib Prezidentlə...

Əli Həsənov

YAP Veteranlar Şurasının üzvü

Mən dəfələrlə demişəm ki, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi, nadir şəxsiyyət və prezident kimi dünyada əvəzləri, hətta bənzərləri yoxdur. Bunu deyərkən Prezident İlham əliyevə aid olan konkret faktların bir qisminin izahını verirəm:

- Hansı ölkənin rəhbəri öz ölkəsində Prezident, xalq, ordu və prezidentlik fəaliyyəti dövründə yetişdirdiyi vətənpərvər gənclər birliyini təmin edib? Heç biri.

- Hansı ölkənin rəhbəri deyib ki, mən xalqın xidmətçisiyəm? Heç biri.

- Hansı ölkənin rəhbəri dünyada gedən iqtisadi prosesləri qabaqcadan proqnozlaşdırıb? Heç biri. Məsələn, maliyyə krizisini 4 il qabaq -2006-cı ildə, neftin qiymətinin aşağı düşməsini 5 il qabaq - 2009-cu ildə, ərzaq qıtlığını 5 il qabaq - 2010-cu ildə.

- Hansı ölkənin rəhbəri ölkəsində iqtisadi müstəqilliyi təmin edib? Heç biri.

- Dünyada 80-ə qədər münaqişə olan 70 ölkənin hansı rəhbəri o münaqişələrdən birini həll edib? Heç biri.

- Hansı ölkənin rəhbəri ölkəsində dayanıqlı istimai-siyasi sabitliyi təmin edib? Heç biri.

- Hansı ölkənin rəhbəri ölkəsində vətəndaş həmrəyliyini təmin edib? Heç biri.

- Hansı ölkənin rəhbəri öz ölkəsində sosial sahədə dünyaya nümunə olan xüsusi brendlər yaradıb? Heç biri. Məsələn, biri “ASAN XİDMƏT”.

- Hansı ölkənin rəhbəri öz ölkəsində yoxsulluq səviyyəsini 17 ildə 50%-dən 5 %-ə endirib? Heç biri.

- Qaçqın və məcburi köçkün problemi olan ölkələrin hansının rəhbəri Azərbaycandakı qədər sosial problemlərin həllini təmin edib? Heç biri.

- İslam ölkələrinin hansının rəhbəri ölkəsində “İslam Həmrəyliyi İli” elan edib? Heç biri.

- Hansı ölkənin rəhbərinə dünya ölkələrinin rəhbərləri tərəfindən təşəbbüskar prezident kimi müraciət olunur? Heç birinə. 

Belə faktları çox sadalamaq olar.

7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlmiş Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqinə nəzər salaq. Əvvəla, müstəqillik dövründə ölkədə keçirilmiş prezident seçkilərində 7 fevral seçkisindəki səviyyədə seçici fəallığı (76,43%) və seçicilərin 92,12 faiz səs çoxluğu ilə seçilmək faktı olmamışdır.

Cənab Prezident bir saat otuz dəqiqə heç bir sənədə baxmadan, çoxsaylı rəqəmlər və tarixlər misal gətirərək nitq söylədi. Nitqində ölkənin prioritet problemlərini ardıcıl olaraq qeyd etdi. Təhlükəsizlik, ordu quruculuğu,  gənc nəslin tərbiyəsi, iqtisadi məsələləri xüsusən vurğuladı, yəni “barıtın daima quru saxlanılmasına” işarə etdi. Ölkənin yeni hədəflərini diqqətə çatdırdı. Son 20 illik prezidentlik fəaliyyəti dövründə ölkənin uğurlarını 2003-2023-cü illərin müqayisəsi ilə rəqəmləri sadaladı. Son 20 il ərzində ölkədə olan problemlərin ilbəil həllinin geniş izahını verdi. Xüsusən, 30 il Ermənistanın işğalı altında olan torpaqların 44 gündə işğaldan azad olması və lokal antiterror əməliyyatı zamanı ərazi bütövlüyü bərpa olanda bəzi dünya ölkələrinin rəhbərlərinin və beynəlxalq təşkilatların ona göstərdikləri təzyiqlərə baxmayaraq, öz müstəqil prinsipindən dönməyərək məqsədinə nail olduğunu bir daha açıqladı.

44 günlük müharibədə özünün 17 ildə yetişdirdiyi vətənpərvər gənclərin faydasını görən cənab Prezident tarixi nitqində gənc nəslin təlim-tərbiyəsinə də xüsusi yer ayırdı.

Güclü iqtisadiyyat, güclü siyasət, güclü ordu, inamlı xalq cənab Prezidentin idarəçilik sisteminin əsas prinsipləri olub və nitqində bu amillərin bundan sonra da əsas prioritet olacağını bir daha vurğuladı.

Müstəqil siyasət, bütün ölkələrlə onların daxili işlərinə qarışmayaraq əməkdaşlıq, daxili, xarici siyasətin xalqın mənafeyinə tam cavab verməsi, mübarizlik, kənar asılılıqdan azad olma, xalqa xidmət, ədalətlilik prinsipləri cənab Prezident üçün həmişə prioritet olub və nitqindən də aydın görünür ki, bu prinsiplər növbəti hədəflər olaraq qalır.

Ölkəmizin daxili işlərinə müdaxilə edənlərə və etmək istəyənlərə çox ciddi xəbərdarlıq etdi, ölkəmizin yeni dövrə qədəm qoyduğunu bəyan etdi, həmçinin yeni dövrün tələblərinə uyğun yeni kadrlara ehtiyacın olduğuna eyham vurdu.

Hələ yeni uğurlar, yeni modellər, brendlər, daha gözəl həyat tərzi qabaqdadır. Ona görə də belə ölkədə insan yaşamaq istəyir.

Cənab İlham Əliyev dünyaya hələ çox nümunələr verəcək. Onun uğurları artdıqca ona qarşı qısqanclıq da artır.

Göydə Allah, yerdə Azərbaycan xalqı onu qorusun! Onun kölgəsi dövlətin, xalqımızın üzərindən əskik olmasın!