YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bugünkü uğurlarımızın əsası

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

07 fevral 2024-cü il tarixdə 30 illik müstəqillik tariximizdə ilk dəfə ölkəmizin bütün ərazisində Prezident seçkiləri keçirildi və xalqımız öz alternativsiz Liderinə- İlham Heydər oğlu Əliyevə səs verməklə ölkəmizdə mövcud olan, sağlam təməllər üzərində qurulmuş xalq-iqtidar birliyinin sarsılmaz olduğunu bütün dünyaya bir daha nümayiş etdirmiş oldu.

Seçki günü ölkəmizin bütün bölgələrində seçicilərin yüksək səviyyəli aktivliyi müşahidə olundu və Qalib Xalqımız 30 illik vətən həsrətlərinə son qoyan Qalib Liderə, Prezident İlham Əliyevə seçki məntəqələrində də öz vəfa borclarını sərgilədi. Xalqın mütləq əksəriyyətinin böyük etimadını və sevgisini qazanmış Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev bu seçkilərdə də yüksək səs çoxluğu ilə qələbə qazandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimində mühüm əhəmiyyət kəsb edən nüanslara toxundu, eyni zamanda Azərbaycanın hər zaman haqq yolunda olduğunu dünyaya elan etdi.

Qeyd etmək lazımdır ki, bu tarixi qələbəni şərtləndirən bir çox amillər vardır. Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi güclü xalq-iqtidar birliyini şərtləndirir. Xalq dövlət rəhbərliyinin həyata keçirdiyi işləri, əhaliyə göstərilən qayğını, ölkəmizin ildən-ilə sürətli inkişafını aydın görür. Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, bu birliyin əsasını Azərbaycan xalqının öz liderinə olan sevgisi və inamı təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin dövlət strategiyasının əsasını təşkil edən amillərdən biri də xalqın milli maraqlarının qorunması və təmin olunmasıdır. Hər zaman öz xalqına böyük diqqət və qayğı ilə yanaşan cənab İlham Əliyev əhalinin sosial problemlərinin həllinə, insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına ciddi önəm vermişdir. Məhz bu kimi amillər xalqın alternativsiz lider olan ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsini şərtləndirən meyarlardan biridir. Qeyd etmək lazımdır ki, 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili və xarici dövlət strategiyası hər zaman xalq tərəfindən dəstəklənməkdədir və bu xalqın öz Prezidentinə olan sonsuz inamından qaynaqlanır. Dövlətimizin uğurla həyata keçirdiyi sosial, iqtisadi siyasət xəttinin mərkəzində insan faktoru əsas götürülür və nəticə etibarı ilə əhalinin həyat şəraiti gündən günə yaxşılaşdırılır. Həmçinin dövlətimizin yürütdüyü uğurlu xarici siyasət kursu özündə milli maraqları əsas götürərək xalqımızın parlaq gələcəyinə böyük stimul verir. Bütün bu illər ərzində xalqın ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə güclü dəstəyi Azərbaycanın bugünkü uğurlarının əsasını qoyub.

Azərbaycan bundan sonrada Prezident İlham Əliyevin rəhbəliyi və uzaqgörən siyasəti sayəsində yeni yeni uğurlara və tarixi zəfərlərə imza atacaqdır.

DİGƏR Xəbərlər Arxiv