YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti dərsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında “Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti dərsi keçirilib.

Rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi misilsiz işləri diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsini şərtləndirən amillərdən bəhs edən Muxtar Nağıyev bildirib ki, gənclər Ümummilli Liderin zəngin elmi irsini metodiki ardıcıllıqla öyrənməklə sosial həyatın bütün sahələri üzrə suallara cavab tapa bilərlər.

M.Nağıyev Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini, dünya dövlətləri arasında layiqli yer tutduğunu deyib. Qeyd olunub ki, 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanması son 20 ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyər olmaqla yanaşı, həm də Heydər Əliyev ideyalarına sədaqətin nümayişidir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb

DİGƏR Xəbərlər Arxiv