YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram.

Mən ölkələrimiz arasında dostluğa söykənən və davamlı inkişaf edən əlaqələrdən çox məmnunam. Odur ki, iki qardaş ölkəmizin xalqlarının qarşılıqlı rifahı naminə müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızı möhkəmləndirmək üçün birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.”