YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaricdə yaşayan soydaşlarımızın seçkilərdə fəal iştirakı üçün hər cür şərait yaradılıb

Çexiyada yaşayan soydaşlarımızın prezident seçkilərində fəal iştirakı üçün hər cür şərait yaradılıb.

Seçkilərlə əlaqədar Praqada yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 43 saylı seçki məntəqəsi saat 08:00-da açıq elan edilib. Bu ölkədə yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.

Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilir. Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.

Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olan səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər. Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilir.

Prezident seçkiləri ilə əlaqədar Belçikada yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə saat 08:00-da başlayıb.

Bu seçki məntəqəsində Belçikada və Lüksemburqda daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olan 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız səs verirlər. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.

Prezident seçkiləri ilə əlaqədar Türkmənistan ərazisində daimi yaşayan, müvəqqəti olan, uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşları səfirlikdə yaradılan 48 nömrəli seçki məntəqəsində səsvermədə iştirak edirlər. Yerli vaxtla saat 08:00-dən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları seçki məntəqəsində səs verərək seçki hüququndan istifadə edirlər.

Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.