YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalıların seçimi bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Neftçalada seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Əbülfəz Ağayev, Valeh Tağıyev, Gülqədəm Mirzəzadə, şəhid anası Filarə İsmayılova və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər.

Natiqlər öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıblar. Qeyd olunub ki, ötən 20 il ərzidə ölkəmizin siması büsbütün dəyişib, bütün sahələrdə tərəqqiyə nail olunub. Azərbaycan regional, hətta qlobal miqyaslı dövlətə çevrilib.

Təşviqat qrupunun üzvləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırışlar ediblər.

DİGƏR Xəbərlər Arxiv