YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 5-də Naxçıvan şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri Ramil Orucəliyev, Vüqar Abbasov və Teymur Rzayev çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə böyük nüfuza malikdir və uğurlu siyasət sayəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması isə dövlətimizin beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirib.

Natiqlər əminliklə bildiriblər ki, Azərbaycan xalqı bu nailiyyətlərə imza atan dövlət başçısına 7 fevral seçkilərində yüksək etimad göstərəcək.

DİGƏR Xəbərlər Arxiv