YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə irəli

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Qaradağ rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Prezident İlham Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, partiyanın Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvü Əli Quliyev, şəhid atası Namiq Kəlbiyev, Vətən müharibəsi qaziləri Bəhram Nəcəfli, Ələmdar Abdullayev və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, parlaq zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Görüşdə çıxış edən seçicilər prezident seçkilərində fəal iştirak edəcəklərini və xalqımıza böyük Zəfəri yaşadan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Lökbatan və Qobustan qəsəbələrində seçicilərlə məhəlli görüşləri də keçirilib.

DİGƏR Xəbərlər Arxiv