YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalılar inkişafı seçəcək

Goranboy rayonunda Xocalıdan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də  Goranboy rayonunda Xocalı rayon Mədəniyyət Evində Xocalıdan olan qadın seçicilərlə görüş  keçirilib.

Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qurupunun üzvləri Aqil Məmmədov, İlahə Kərimova, Şahnaz Əliyeva çıxış ediblər.

Çıxışlarda  bildirilib ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli Ordu formalaşdırdı və xalqımıza Zəfər sevincini bəxş etdi.

Əminliklə qeyd olunub ki, qədirbilən xalqımız hər zaman olduğu kimi, seçkilərdə yüksək fəallıqla iştirak edəcək, bu dəfə də dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər.

DİGƏR Xəbərlər Arxiv