YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarlıların seçimi Qalib Liderdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Qusar rayonu Kuzunqışlaq, Avaranqışlaq, Atlıxan, Cağarqışlaq kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, təşviqat qrupunun üzvləri General Sadulov, Pərvin Eldarov, qazi İlkin Abuyev çıxış ediblər.

Qeyd olunub ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev 20 illik prezidentliyi dövründə hər bir vədini konkret əməli işdə təsdiqləyərək Ümummilli Liderin görmək istədiyi Azərbaycanı yaratdı. O Azərbaycanı ki, bu gün qalibiyyəti ilə dünyaya səs salıb, yeni reallıqlar yaradaraq sözünün imzası qədər dəyərli olduğunu sübut edib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində böyük Qələbənin memarı cənab İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.