YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Zəfər zirvələri fəth etmək üçün qalib Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Ağstafa şəhərində və Düzqışlaq, Xılxına kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdən əvvəl Düzqışlaq kəndində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksləri ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman  oğulların əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlər zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Elmar Kərimov, Azər Məmmədov, Alı Mehdiyev, Şəfəq Cəlilova, İmran Nəsibov, Şəfəq Heydərli və Sahib Salıfov  çıxış ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin siyasətinin uğurlarından bəhs ediblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər Zəfər seçkilərində fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv