YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunun Kotavan və Ağzıbir kəndlərində seçicilərlə görüş...

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Ağdaş rayonunun Kotavan və Ağzıbir kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov, təşviqat qrupunun üzvləri Qalib Həsənov və Şamil Abdullayev çıxış ediblər. Görüşlərdə son 20 ildə əldə edilmiş uğurlar seçicilərin diqqətinə çatdırılıb və Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən söz açılıb. Qeyd edilib ki, Azərbaycan artıq ərazi bütövlüyü və suverenliyini bərpa etmiş ölkədir. Ölkəmiz yeni mərhələyə qədəm qoyur və 7 fevralda keçiriləcək prezident seçkiləri də yeni mərhələnin başlanğıcı olacaq. Bu seçkilər cəmiyyətimiz tərəfindən həmçinin Zəfər seçkiləri kimi xarakterizə edilir.   

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və xalqımıza Zəfər təntənəsi yaşadan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər ölkəmizin inkişafının və təhlükəsizliyinin qarantı olan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv