YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədili seçicilərlə görüş...

2024-cü il fevralın 7-də Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu  Əliyevin seçkiqabağı  təşviqat kampaniyası çərçivəsində fevralın 5-də  Ağcabədi rayonunun Muğanlı və Şahsevən Təzəkənd kəndlərində yaşayan seçicilərlə  sonuncu görüş keçirilib.

Görüşdə YAP Ağcəbədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev, təşviqat qrupunun üzvləri Reyhan Quliyeva, Bayram Quliyev, Sənəm Muradova, Şahlar Quliyev, Bakir Quliyev, Təranə Bayramova və digərləri çıxış ediblər. Bildirilib ki, cənab İlham Əliyev Prezident olduğu 20 ildən artıq bir müddətdə ölkəmiz çox böyük uğurlara imza atıb, tarixi nailiyyətlər qazanılıb, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarşıda isə müasir inkişaf konsepsiyasına  söykənən strateji məqsədlər, yeni hədəflər durur. Vurğulanıb ki, qədirbilən müdrik xalqımız bu xidmətlərinə görə yenidən İlham Əliyevə səs verəcək, bununla da daha 7 il ərzində yeni inkişafa zəmin yaranacaq.

Sonda  seçicilər xalqın rifahı və ölkənin inkişafi naminə gördüyü böyük işlərə görə fevralın 7-də seçki məntəqələrinə gələrək  YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklərini vurğulayıblar.