YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizin yeni dövrü

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Üç il öncə rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin  çağırışı ilə ayağa qalxıb öz gücünü və iradəsini, nəyə qadir olduğunu 30 ilin işğalına 44 gündə son qoymaqla nümayiş etdirdi. Azərbaycanın müasir tarixinin şanlı Zəfər səhifəsi yazıldı. 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da haqqın, ədalətin sonda zəfər çalacağını bilirdik. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək  məqsədilə yaradılan ATƏT-in Minsk qrupu 28 illik fəaliyyəti dövründə problemin nizamlanması istiqamətində heç bir nəticə əldə etmədi. Missiyasını regiona nəticəsiz səfərlərlə bitmiş hesab edən qurumun həmsədrləri bu illər ərzində işğalçını adı ilə çağırmaq istəmədi, amma məsələnin sülh danışıqları əsasında həllinin mümkünlüyündən bəhs etdilər. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, görüşlərində  30 illik işğal dövrünün reallıqlarından bəhs edərkən dünyanın ikili standartlara əsaslanan siyasətini və yaratdığı problemləri xüsusi olaraq diqqətə çatdırır. Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bu kimi məsələlərə bir daha diqqət yönəldildi. “Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi” söyləyən cənab İlham Əliyev bildirdi ki,  Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.

Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradılmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin  bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdır. Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyildi.  30 illik işğal dövründə bəzi dünya güclərinin Ermənistana dəstəkləri nəticəsində işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüquqa hörmətsizlik etdi. Ermənistan ona göstərilən diqqətdən daha da ruhlanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı. 2020-ci il 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaqla bu istəyini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdur. Müzəffər Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatları dünyaya səs salan Zəfərimizlə başa çatdı. 30 il işğal dövründə Ermənistana dəstək verən bəzi dünya gücləri ədalətə və beynəlxalq hüquqa önəm verib ona təzyiqlər göstərsəydi münaqişənin həlli prosesi bu qədər uzanmazdı, ən əsası müharibə baş verməzdi. Postmünaqişə dövründə də eyni vəziyyət yaşanır. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmir, silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı, əksinə hərbi təxribatlar törətməkdə davam etdi, dünya yenə də susdu. Bütün bunların nəticəsində Azərbaycan Ordusu  2023-cü il sentyabrın 19-20-də   lokal antiterror tədbirləri həyata keçirdi və suverenliyimiz  tam bərpa edildi, bununla da  ölkəmiz tarixinin yeni dövrünə daxil oldu.

Cənab İlham Əliyev daim bu reallığı qeyd edir ki, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik- Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu  ərazimizdən çıxarılmalıdır, ya da ki,  güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.  “Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır” söyləyən dövlət başçısı bildirir ki, bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.

Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda antiterror tədbirlərinin qaçılmaz olduğunu bildirərək bu mühüm məqamı da qonağın diqqətinə çatdırdı ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “Prezident seçkiləri” sülh prosesinə ciddi  zərbə vurmişdur. Prezident İlham Əliyev bu çağırışı da səsləndirdi ki, Azərbaycanla Ermənistan arasında  artıq de-fakto sülh mövcuddur.  İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialrına son qoyulmalıdır. 

DİGƏR Xəbərlər Arxiv