YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa Zəfər yaşadan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də YAP Ucar rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Milli Məclisin deputatı Ramil Həsən, təşviqat qrupunun üzvləri Zeynal Bayramlı, Mirzalı Ağamalıyev, Yaqut Zeynalova və Yusif Məmmədov çıxış ediblər.

Çıxışlarda Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Prezident İlham Əliyevin fəaliyyəti dövründə dövlətimizə və xalqımıza bəxş etdiyi tarixi nailiyyətlərdən, zəfərlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüzün bərpa olunması dövlət başçısının siyasətinin zirvəsidir.

Seçicilərə 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak etməyə, Qalib Xalqın Qalib Lideri İlham Əliyevə səs verməyə çağırışlar edilib.

DİGƏR Xəbərlər Arxiv