YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurdan-uğura

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Şəmkir rayonunun Bayramlı, Sarıtəpə və Qasmalılar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Hilal Məmmədov, Sahibə Əmiraslanova, Vilayət Cabbarov və başqaları çıxış ediblər.

Natiqlər kənd sakinlərini dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.       

Seçicilər də öz növbəsində fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

DİGƏR Xəbərlər Arxiv