YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yardımlıda seçicilərlə növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Yardımlı rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov və təşviqat qrupunun üzvü Balamir Adiyev çıxış ediblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv