YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlham Əliyev-Müzəffər Lider!”

2024 -cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Saatlı rayonunun Məzrəli, Naharlı, Kamallı və Hacıqasımlı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Elşən Əzizov, Bəylər Əliyev və Əlimusa Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər tədbir iştirakçılarının 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verməyə dəvət etdilər.

Seçicilər də qarşıdakı seçkilərdə hamılıqla iştirak edərək, Müzəffər Ali Baş Komandan, dünya miqyaslı siyasi xadim İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv