YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük qələbənin memarı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Qusar rayonunun Aşağı Ləgər kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, təşviqat qrupunun üzvləri General Sadulov, Bəhruz Ramazanov çıxış ediblər.

Çıxışlarda son 20 ildə Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrildiyi, habelə ölkəmizin dünyada nüfuzunun artmasının cənab İlham Əliyevin müdrik siyasətinin nəticəsi olduğu bildirilib. Qeyd olunub ki, 20 ilin uğurlarının zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası dayanır. 

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal olmağa və qazanılan uğurların davamı naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər böyük qələbənin memarı qalib Lider İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.

DİGƏR Xəbərlər Arxiv