YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Samuxda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, təşviqat qrupunun üzvləri Mirzəmməd Orucov, Namiq Cəfərov, Nuranə Həsənova və Rəhim Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ildə Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyimiz inkişaf yolu, qazandığımız möhtəşəm nailiyyətlər onu göstərir ki, bugünkü Azərbaycan, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Cənab İlham Əliyev Azərbaycana uğurlu rəhbərliyi ilə ona böyük ümidlər bəsləyən xalqımızın etimadını layiqincə doğruldub. 20 illik fəaliyyət dövrü Azərbaycanın tərəqqi, yüksəliş, zəfər salnaməsidir.

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.  

Seçicilər də öz növbəsində son 20 ilin tarixi uğurlarına əsaslanaraq cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv