YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsu rayonunda seçicilərlə görüşlər davam etdirilir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Ağsu rayonunun Qaraqaşlı, Gəgəli kəndləri və şəhərin M.Ə Rəsulzadə küçəsinin seçiciləri ilə görüşlər keçirilib.
Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, təşviqat qrupunun üzvləri Tahir Xası, Elnur Fərzəlizadə çıxış ediblər. Qeyd edilib ki, davamlı inkişaf naminə  seçicilər prezident seçkilərində fəal olmalı və YAP-ın namizədi, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməlidirlər.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də qalib xalqın qalib Liderinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv