YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa sakinləri ölkənin tərəqqisinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də  Ağstafa rayonunun Tatlı, Köhnəqışlaq, Göycəli, Zəlimxan, Aşağı Kəsəmən kəndlərində  və Qarayazı qəsəbəsində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman  oğulların əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Canpolad Yusifov, Məmməd Məmmədov, Aqşin Quliyev, Həcər Namazova, Fəridə Həsənova, Asif Qənbərov, Xuraman Əzimova, İmran Nəsibov və Şəfəq Heydərli çıxış ediblər. Çıxış edənlər qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib.

Natiqlər bütün seçiciləri 7 fevralda seçki məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv