YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı sülh üçün siyasi imkanlar genişlənəcək

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Dövlət başçısının hər işgüzar və rəsmi səfəri, hər rəsmi qonağı qəbul etməsi dövlətlərarası mü­nasibətlərin inkişafına, inamın, etibarın, etimadın yüksəlişinə xidmət edir, siyasi mühitin sta­bil­­ləş­məsində əhəmiyyətli olur. Bu, həm siyasi, həm də iqtisadi münasibətlərin formalaşması ba­xı­mından nəinki gərəkli olur, həm də zəruridir...

Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri də bu baxımdan diqqəti çəkir. Ermənistanın ərazi iddiası ilə başlayan ədalətsiz müharibə 32 il davam etdi. Bu müddətdə ATƏT-in Minsk qrupu işğalçı dövlətə siyasi təsir göstərmədi, fəaliyyəti hiss olun­ma­dı. Bu səbəbdən Azərbaycan torpaqlarını işğaldan özü azad etdi. 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı.  Azərbaycan sülh mü­qa­viləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prin­sip irəli sürdü, bunun əsasında sülh müqaviləsi istiqamətində  danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qonağı qəbul edərkən çıxışında dedi: “Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ böl­gəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suveren­li­yini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suveren­li­yinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”.

Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdən Fransa Ermənistanın silahlandırılmasında maraqlıdır və bu prosesin icraçısıdır. Bu, dünya dövlətlərinin diqqətindən yayınırmı, yayındırılırmı? Bu, yayınma da, yayındırılma da beynəlxalq riyakarlıqdır.

Avropa Şurası Parlament Assambleyası siyasi sabitliyi qorumalı olduğu halda, mövcud sa­bit­liyi pozmağa meyillidir. Onun fəaliyyətini bəşəri dövlətlər də qınayır.

Ümid etmək olar ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı təsirini göstərəcək, Cənubi Qafqazda dayanıqlı sülh üçün siyasi imkanlar genişlənəcəkdir...

DİGƏR Xəbərlər Arxiv